Amerikalı beysbolçu Denni Censen bir oyunda iki komandada çıxış etməklə tarixə düşüb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Boston Red Soks" klubunun üzvü olan 29 yaşlı idmançı iyunun 26-da ABŞ-nin əsas çempionatı olan MLB-də "Toronto Blu Ceys"in heyətində hazırkı komandasına qarşı meydana çıxıb.
Oyun yarımçıq dayandırıldığı üçün qarşılaşmanın qalan hissəsi avqustun 26-da oynanılıb. İyulda "Boston"a transfer olunan beysbolçu bu gün sabiq komandasına qarşı mübarizə aparıb. Bu, peşəkar idman tarixində ilk belə hadisədir
Qeyd edək ki, "Boston" və "Toronto" arasında keçirilən final matçı Toronto təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.