İtaliya və Argentina milli komandası Roma papası Fransiskin şərəfinə xüsusi matç keçirəcək.
Qol.Az-ın xəbərin görə, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Qarşılaşma avqutsun 14-də Romadakı Olimpiya stadionunda baş tutacaq. Oyundan əvvəl Roma papası hər iki komandanın futbolçularını qəbul edəcək.
Qeyd edək ki, İtaliya ilə Argentina millisi sonuncu dəfə 12 il əvvəl, 2001-ci ilin fevralın 28-də görüşüblər.
İdman24.az