"Trabzonspor"un məşqçilər korpusu müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Vahid Halilhociç bütün köməkçilərinin adını açıqlayıb.
Onlardan biri Azərbaycan futbolsevərlərinə yaxşı tanışdı. Belə ki, "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak "Trabzonspor"da çalışacaq. Onunla yanaşı, Jak Bonnevay, Kiril Moyne, Maykl Boulli və Sandi Quyçard Halilhociçə yardım edəcək.
Fanat.az