Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində Azərbaycan komandası ikinci oyununa bu gün çıxacaq.
Yığmamız saat 21:00-da, Bayıl stadionunda Kanada komandası ilə qarşılaşacaq. Eyni vaxtda "Dalğa Arena"da İraq - Mali, "Şəfa" stadionunda Fransa - Bəhreyn, Zirə stadionunda isə Əlcəzair - Keniya oyunları keçiriləcək.
Xatırladaq ki, turnirdəki ilk oyunda yığmamız Mali komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
İdman24.az