Azərbaycan klubları Kontinental Hokkey Liqasına qoşula bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev "Telegram" kanalında məlumat paylaşıb.
Qurum funksioneri sosial şəbəkə hesabında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova təklifini çatdırdığını vurğulayıb:
“Mən Azərbaycanı Kontinental Hokkey Liqasına dəvət etmişəm. Bu gün Astanada yerli "Baris" və "Xabarovsk Amur" komandaları arasında KHL matçı keçiriləcək. Liqanın çox geniş coğrafiyası var və genişlənməyə hazırdır”.
Azərbaycanlı həmkarı ilə Astanada görüşən Deqtyarev Qayıbova Azərbaycan klublarının Kontinental Hokkey Liqasında iştirak imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Mirağa