"Neftçi" sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Sloveniyanın "Koper" klubunu qəbul edəcək. Fanat.az baş məşqçi Böyükağa Hacıyevin meydana buraxması gözlənilən heyəti təqdim edir.
Qapıda sözsüz ki, Saşa Stamenkoviç yer alacaq. Böyükağa Hacıyev müdafiədə Karlos Kardoso, Elvin Yunuszadə və Bruno Bertuççi ilə yanaşı, yoxlama oyunlarında əsas heyətdə oynatdığı Məqsəd İsayevə şans verəcək.
Araz Abdullayev, Flavinyo, Kaue Sesilyo, Erik Ramos və Julius Vobay yarımmüdafiədə yer alacaq. "Neftçi"nin qol ümidi isə Ernest Nfor olacaq.
Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi, Məqsəd İsayev, Araz Abdullayev, Flavinyo, Kaue Sesilyo, Erik Ramos, Julius Vobay, Ernest Nfor.
Fanat.az