"Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan "qırmızı-qaralar" braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb. Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana" klubunda start verib. Gənc futbolçu 2013/14 mövsümünü Rumıniyanın "Otselul" komandasında keçirib. O, sözügedən klubun formasında 33 oyunda meydana çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.
Fanat.az