Hollandiyanın Arnem bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində sınaq oyunlarında qarşılaşacağı bütün rəqibləri müəyyənləşib. Fanat.az xəbər verir ki, bölgə klubu 4 yoxlama oyunu keçirəcək.
Bu gün yerli "Arnem" klubu ilə qarşılaşacaq "Qəbələ" 3 gün sonra "Alkmaar"la üz-üzə gələcək. Ayın 23-də rəqibi "Konyaspor" olacaq. Son yoxlama oyunu isə 26 iyulda "Heerenven"lə keçiriləcək.
Qeyd edək ki, "Qəbələ" iyulun 27-i Hollandiya toplanışını yekunlaşdıraraq vətənə dönəcək.
Fanat.az