"Qəbələ"yə keçidimə görə sevincliyəm. Daha öncə yeni komandam haqda ətraflı məlumat toplamışam". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Markinyos Karioka deyib.
Rumıniyanın "Otselul" klubundan gələn braziliyalı yarımmüdafiəçi "Qəbələ"ni baş məşqçi amilinə görə seçdiyini bildirib: "Qəbələ"yə keçidimdə baş məşqçi amili və klubun hədəfləri əsas rol oynadı. Azərbaycan Premyer Liqasının nə dərəcədə çətin çempionat olduğundan xəbərdaram. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".
Fanat.az