Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Kartepedə məskunlaşan "gənclik şəhəri" təmsilçisi İranın "Persepolis" klubu ilə qarşılaşıb.
Oyun Tehran klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində qolları Tofiq Mikayılov və Məhəmməd Qurbanov vurub.
"Persepolis" klubu 1963-cü ildə yaradalıb. Tehranın 3 ən böyük klubundan biri olan "Sumqayıt" rəqibi tarixi ərzində 9 dəfə İran çempionu, 5 dəfə ölkə kubokunun, 1 dəfə Asiya Kuboklar Kubokunun qalibi olub. Mustafa Dənizlinin 2006-2007 və 2011-2012-ci illərdə çalışdırdığı kluba cənubi azərbaycanlı məşhur futbol veteranı Ali Dayei başçılıq edir. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komanda heyətində bir legioner - braziliyalı Nilson Korrea çıxış edir.
Qeyd edək ki, iyulun 29-dək Türkiyədə qalacaq "Sumqayıt" iyulun 20-də Özbəkistan çempionu "Bunyodkor", 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. Sonuncu rəqib hələ məlum deyil.
Yoxlama oyunu
17 iyul
Sumqayıt (Azərbaycan) - Persepolis (İran) 2:3
Qollar: Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol