"Hollandiyada ilk oyunumuzu keçirdik. Bu mənim üçün "Qəbələ"nin heyətində ilk oyunum kimi əlamətdar oldu. Komandamızda yeni futbolçular çoxdu. Meydançada bir-birimizi anlamağa, uyğunlaşmağa çalışırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Pavol Farkaş deyib.
Hollandiya toplanışı çərçivəsində keçirilən "Arnem" - "Qəbələ" (0:4) matçında ilk dəfə yeni komandasının formasını geyinən slovakiyalı futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: "Toplanış çərçivəsində daha 3 oyunumuz var. Bu oyunlarda problemlərimizi görəcəyik və onları Premyer Liqanın startına kimi aradan qaldırmağa çalışacağıq. Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq. Məşqlərimiz çox ciddi və maraqlı keçir. Hamı həvəslidi. Çempionata yaxşı başlamaq istəyirik. Çünki yaxşı başlanğıc gözəl nəticələrin davam etməsi üçün çox vacibdir. İnanıram ki, komanda olaraq bizdən gözlənənləri verə biləcəyik".
Fanat.az