FİFA Kamerun Futbol Federasiyasının üzvülüyünü dondurub. Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada deyilir ki, federasiyanın üzvülüyü hökumətin onun fəaliyyətinə müdaxiləsi səbəbindən dondurulub. FİFA üzvü olan federasiyaların müstəqil fəaliyyət göstərmələrinin vacibliyini vurğulayaraq KFF-yə nizamnaməsini ali futbol qurumunun nizamnaməsinə uyğunlaşdırmağı tapşırıb. Bütün şərtlər yerinə yetiriləcəyi halda FİFA-nın qərarı dəyişdiriləcək.
İdman24.az