"Qələbə qaçışı" başladı

"Qələbə qaçışı" başladı

Vətən müharibəsində qazanılan zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı start götürüb.

Fanat.Az xəbər verir ki, iştirakçılar mübarizəyə Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından başlayıblar.

Marafonda gənclər və idman naziri Fərid Qayıbov, nazirliklərin əməkdaşları, müxtəlif idman təşkilatlarının, həmçinin ictimaiyyətin tanınmış simaları da yer alıb.

Marafon 10 km məsafəni əhatə edəcək və fərqlənənlər mükafatlandırılacaqlar.

Qeyd edək ki, qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər