Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikovun karyerasını yenidən Vətəndə davam etdirməyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi “Qəbələ”yə keçidi rəsmiləşib.
Railin ötən mövsümü keçirdiyi Türkiyənin “Dənizlispor” klubu ilə hələ 1 illik müqaviləsi olduğundan transferi danışıqlar səviyyəsində yoluna qoyulmalı idi. Bunu özü həll edən Məlikov 1 illik müqavilə imzaladığı “Qəbələ”nin düşərgəsində yer alıb. Komanda bir neçə gündür Türkiyədə təlim-məşq toplanışındadır.
Qeyd edək ki, Rail bunadək klublarımızdan “Bakılı”, “Bakı” və “Neftçi”də oynayıb, son 2-də kapitan olub.
İdman24.az