“Kamerunlu futbolçu Ernest Nforu heyətimizə qatmaq istəyirik. Məşqçilər korpusu da onun oyununu bəyənir. Futbolçu özü də “Neftçi”də oynamaq istədiyini bildirib”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi Belçikanın “Kortjik” komandasının futbolçusun “Neftçi”yə keçməyə yaxın olduğunu söyləyib. Həmçinin o qeyd edib ki, klub futbolçuya görə “Neftçi”dən həddindən artıq çox pul istəyib.
T.Süleymanov bu məbləği ödəmək fikrində olmadıqlarını deyib: “Belçika klubu Nfora görə 250 min avro istəyir. Biz isə heç o məbləğin yarısını da ödəmək fikrində deyilik. “Neftçi”nin bəlli büdcəsi var və biz buna uyğun transferlər həyata keçiririk. Nforun “Neftçi”yə keçidi üçün müəyyən maliyyə məsələləri həll edilməlidir. Bunu da futbolçu klubu ilə özü həll etməlidir. Əgər dediyim problemlər yoluna qoyulsa, futbolçunu transfer edəcəyik”.
Qeyd edək ki, kamerunlu futbolçu kapitanı olduğu Belçikanın “Kortjik” komandasından qovulub. Buna səbəb isə onun klubun baş məşçisi və baş direktoru ilə münaqişə yaratması olub.
İdman24.az