Peşəkar Futbol Liqasının rəsmi saytı - pfl.az erməni xakerlər tərəfindən dağıdılıb. PFL-in rəsmi saytını dağıdan ermənilər, sayta Ermənistanın milli ordusunun fotosunu, Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu və Azərbaycan ordusunu hədələyən mətn yerləşdiriblər.
İngiliscə yazılan mətndə təhqir edici ifadələr və milli orduya göndəriş yerləşdirilib. Artıq saytın fəaliyyəti bərpa olunub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol