“Barselona” Avropada son 10 ildə ən yaxşı nəticə göstərən komanda kimi tarixə düşüb.
Qol.Az-ın yaydığı xəbərə görə, 2003-cü ildən başlayaraq bu günə kimi Kataloniya klubu 18 mükafata sahib çıxıb. “Barsa” 6 dəfə İspaniya çempionluğu, 2 dəfə İspaniya kuboku, 5 dəfə İspaniya superkuboku, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA superkubokunu qazanıb.Siyahıda ikinci yeri 15 mükafatla İtaliya “İnter”i tutur - 5 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya superkuboku, 1 dəfə Çempionlar Liqası.
Ücüncü yerdə isə 14 mükafatla Rusiya ÇSKA-sı qərarlaşıb - 4 dəfə Rusiya çempionluğu, 5 dəfə Rusiya kuboku, 4 dəfə Rusiya superkuboku, 1 dəfə UEFA kuboku.
Sonrakı yerləri müvafiq olaraq “Bavariya” və “Lion” (hərəyə 13 mükafat), “Mançester Yunayted” (12), “Çelsi” (11), “Zenit” (8), “Milan” və “Real” (hərəyə 7 mükafat) tutur.
İdman24.az