Tovuzlu deputat Qənirə Paşayeva "Turan-T"ni daim diqqətdə saxlayır. Fanat.az xəbər verir ki, mütəmadi olaraq komandanın problemləri ilə maraqlanan millət vəkili yenə komandanın bazasını ziyarət edib.
Komanda üzvləri ilə görüşən Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə onları təbrik edib. Problemlərlə yaxından maraqlanan deputat komanda üzvləri və işçilərə bayram hədiyyələri paylayıb.
Fanat.az