Azərbaycanda keçirilən hərbçilər arasında I dünya kubokunda II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamız növbəti matçını Kanada yığmasına qarşı keçirib.
Bu görüşdə Nazim Süleymanovun yetirmələri mütləq qələbə qazanmalı idi ki, 1/4 finala çıxmağını rəsmiləşdirsin.
İlk qarşılaşmada Malini 4:0 hesabı ilə məğlub edən millimiz Şimali Amerika təmsilçiləri qarşında da qalib ayrılmağı bacarıb. “Bayıl Arena”da baş tutan matçda komandamız zəif rəqibinin qapısından 2 cavabsız top keçirib.
Beləliklə, Kanadanı 2:0 hesabı ilə üstələyən yığmamız adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, Kanada ilk oyunda İraqa 0:7 hesabı ilə uduzub.
5 iyul
AZƏRBAYCAN – KANADA - 2:0
QOLLAR: Məmmədov, 56, Əliyev, 75
Bakı. “Bayıl Arena” stadionu
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol