Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Tofiq Əliyev 2014-cü ildən etibarən keçirilən bu yarışda üçüncü dəfə iştirak edib.
Qeyd edək ki, “FaceOFF” fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparırlar ki, bu da tamaşaçılar üçün idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.