14:48 12.12.2024 1736

Heydər Əliyevin Azərbaycan idmanının inkişafında müstəsna rolu

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım günüdür. Mərhum prezidentin vəfat etməsindən 21 il ötür.


Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qüdrətli şəxsiyyətdir. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılıb. Onun hələ birinci rəhbərliyi dövründə idmanın maddi-texniki bazasının yaradılması üçün xeyli iş görülüb. 70-80-ci illərdə respublikada bu sahənin əhə­miyyətli maddi-texniki bazası yaradılıb. Hər rayonun, şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, mü­əssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. 1970-ci illərdə təkcə Bakıda 250 idman meydançası və şəhərciyi salınıb. 1977-1978-ci illərdə respublikada 8 stadion, 130 salon, 127 futbol meydançası, 27 tir istifadəyə verilib. 

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində məlum səbəblərdən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, Ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:

"... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".



Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. 



Ölkə Prezidentinin fərmanı ilə 1995-ci ildə Azərbaycanda id­man fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident fondundan və­sait ayrıldı. Tofiq Bəhramov adına Res­publika stadionunun təmir və bərpa edilərək beynəlxalq standartlara uy­ğun­laş­dı­rıl­ması üçün dövlət büdcəsindən vəsait ay­rıl­dı, Zuğulbadakı «Gənclik» beynəlxalq turizm mərkəzi na­zir­li­yin sərəncamına verildi. Heydər Əli­ye­vin rəhbərliyi ilə vaxtilə yaradılmış dünya standartlarına cavab ve­rən Mingəçevir avarçəkmə bazasının yenidən idmançıların ixtiyarına verilməsi üçün la­zı­mi işlər görüldü.



Mərhum prezidentin idmanın şahı hesab edilən futbola diqqət və qayğısı da qeyd olunmalıdır. Ümummilli liderlə bağlı ən yaddaqalan hadisə onun 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan Azərbaycan - İsveçrə futbol oyununu stadiondan canlı izləməsidir. Təxminən 20-ci dəqiqədə oyuna baxmağa gələn Azərbaycan prezidenti matçı təxminən 30-32 dəqiqə izləyib. Görüş Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Vidadi Rzayevin 26-cı dəqiqədə vurduğu yeganə qol millimizə tarixi qələbə qazandırıb. Belə ki, bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə kimi tarixə düşüb. Maraqlıdır ki, yığmamız qələbə qolunu ümummilli lider oyunu izlədiyi dəqiqələrdə vurub.



Heydər Əliyevin şəxsən görüşdüyü futbolçu isə “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevdir. Daha doğrusu, hadisə Qara uşaq olarkən - 1997-ci ildə baş verib. Təsadüfi görüş Heydər Əliyevin Pakistan prezidenti Sərdar Əhməd Xanla məcburi köçkünlərin Yasamal rayonunda məskunlaşdığı yataqxanaya səfəri zamanı baş tutub. O vaxt 5 yaşı olan Qarayev prezidentə gül aparıb. Onu qucağına götürən Əliyev gələcəyin futbolçusuna uğurlar arzulayıb və üzündən öpüb. İnternetdə həmin anları özündə əks etdirən görüntülər də var.

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin sayılıb-seçilən üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilməyə başladı.
 


Görülən işlər nəticələrdə də özünü göstərdi. Mərhum prezidentin müstəqillik illərindəki rəhbərliyi dövründə - 1993-2003-cü illərdə Azərbaycan idmançıları 1379 medal qazanıblar. Bunlardan 479-sı qızıl, 376-sı gümüş, 524-ü isə bürünc medal olub.    

Ümumiyyətlə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi iki dönəmdə 5 dəfə (XX-Yay Olimpiya Oyunları/1972-Münhen; XXI-Yay Olimpiya Oyunları/1976- Monreal; XXII-Yay Olimpiya Oyunları/1980-Moskva), XXVI- Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney) Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir-dua verərək yola salıb. Həmin Olimpiya Oyunlarında olimpiyaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan bu gün də öz tarixinin şərəfli, tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir, paytaxtımız dünyanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X