Türkiyənin Kartepe bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrini Türkmənistanın "Altın Asır" klubu ilə oyunda sınayıb.
Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Təmsilçimizin heyətində Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov fərqlənib.
Qeyd edək ki, "Altın Asır" klubu 2008-ci ildə yaradılıb. Aşqabad təmsilçisi Türkmənistan çempionatının gümüş medallarını, ölkə kubokunu, Superkubokunu və Prezident Kubokunu qazanıb. Komandanı Yazgüli Hocagəldiyev çalışdırır. O, 2010-2013-cü illərdə Türkmənistan yığmasına başçılıq edib.
"Sumqayıt" ölkədəki təlim-məşq toplanışında "Neftçala"nı (5:1) və "Rəvan"ı (2:0) məğlub edib. Türkiyə İranın "Perspolis" klubuna uduzan (2:3) "gənclik şəhəri" təmsilçisi Özbəkistan çempionu "Bunyodkor"u udub (1:0), Gürcüstan "Dinamo"su (Batumi) ilə sülh bağlayıb (2:2).
Yoxlama oyunu
25 iyul
Sumqayıt (Azərbaycan) - Altın Asır (Türkmənistan) 3:3
Qollar: Məhəmməd Qurbanov (2), Tərzin Cahangirov.
Sumqayıt: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol