Ötən mövsüm "Qəbələ"yə tarixində ilk dəfə bürünc medalları qazandıran Yuri Syomin hazırda "sükanı arxası"nda dayandığı Rusiya Premyer Liqasına vəsiqə qazanan Saransk "Mordoviya"sının qarşıdakı mövsümdə hansı üslubda oynayacağından danışıb. Fanat.az xəbər verir ki, 67 yaşlı mütəxəssis keçirəcəkləri görüşlərdə rəqiblərinə öz oyun üslubunda oynamağa məcbur edəcəklərinə çalışacaqlırını bildirib.
Syomin oyun fəlsəfəsindən də danışıb: "İstəmirəm ki, rəqiblərimizdən asılı vəziyyətdə olaq. Futbolçularımızın ən yaxşı xüsusiyyətlərindən istifadə etməliyik. Rəqiblərimizə təzyiq göstərib, öz oyun sistemimizə tabe etməliyik. Bu, bizim prinsipimizdi. Futbolçularımızın dəst-xəttinə uyğun oyun sxemindən istifadə edəcəyik".
Fanat.az