"Nyu-York Reyncers"in tarixində Panarin kimisi olmamışdı

"Nyu-York Reyncers"in tarixində Panarin kimisi olmamışdı

Milli Hokkey Liqası (NHL) təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyom Panarin formasını geyindiyi klubun tarixinə düşüb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, 500 xal həddinə ən tez çatan oyunçu olub.

Sözügedən idmançı rekorda "Florida Panters"ə qarşı matçda (3:5) imza atıb. Qarşılaşmada məhsuldar ötürmə ilə fərqlənən Panarin 500 xal həddinə digər oyunçulardan daha tez - 384 matçda çatıb.

Rusiyalı hücumçu həmçinin klub tarixində bu göstəriciyə çata bilən 14-cü oyunçu olub.

Qeyd edək ki, Panarin cari mövsüm NHL-də 34 matçda 16 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər