“Kəpəz”in Avropa Liqasının II təsnifat mərhələsinin “Admira” ilə cavab oyununun vaxtı dəyişdirilib.
Fanat.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 21-də deyil, 20-də keçiriləcək.
Buna səbəb iyulun 21-də Bakıda digər təmsilçimiz “Qəbələ”nin MTK ilə qarşılaşmasıdı.
Xatırladaq ki, UEFA-nın qaydalarına görə, bir gündə eyni şəhərəd yalnız bir avrokubok oyunu keçirilə bilər.
Fanat.az