10:32 30.07.2014 524

"Qəbələ"nin yeniləri "İnter"ə "ƏLCƏK ATDILAR"

Hollandiya toplanışını yekunlaşdıran "Qəbələ" iki gün öncə vətənə dönüb. Fanat.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc mükafatçılarının sırasına mövsümlərarası fasilədə qoşulan yerli futbolçular - Ruslan Abışov, Cavid Hüseynov və Ruslan Əmircanov toplanışın ardından hazırlıq prosesi barədə fikirlərini bölüşüblər:


Ruslan Abışov: "Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı kollektivin toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda - "İnter"lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün bir az zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi "Qəbələ"ni görəcəyik".


Cavid Hüseynov: "Hazırlıq prosesimiz yüksək səviyyədə keçdi. Deyərdim ki, komanda həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən hazır duruma gəldi. Gündəlik iki məşq etdik və güclü rəqiblərlə qarşılaşdıq. Yorğunluğumuz olsa da, məsuliyyətimizi dərk edərək məşqlərdə səylə çalışdıq. Bunun da faydasını çempionatda görəcəyik. Heyətdə yeni olsam da, komandaya tez uyğunlaşdım. İnanıram ki, gücümüzü birləşdirib "Qəbələ"ni hədəflərinə çatdıracağıq". 


Ruslan Əmircanov: "Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündür. "Qəbələ" Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı. 90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir. Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, meydançadan kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük.

Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. "İnter"lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq".


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

Facebookdan bizi izləməyi unutmayın.
X