Daha iki futbolçumuz Türkiyədə çıxış edəcək. Fanat.az xəbər verir ki, Məhəmməd Haqverdiyev və Elnar Kərimov qardaş ölkəyə üz tutub.
Hər iki futbolçu "Serhat Ardahanspor" klubuna keçib. 7 il "Qəbələ"də çıxış etmiş 30 yaşlı qapıçı Elnarla "Rəvan"ın formasını geyinmiş hücumçu Məhəmməd bu gün rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, "Serhat Ardahanspor" ötən mövsüm Ardahan 1-ci həvəskarlar liqasında çempion olaraq Regional Həvəskarlar Liqasına (Bölgesel Amatör Lig//BAL) vəsiqə qazanıb.
Fanat.az