İtaliyada istədiyini tapa bilməyən gənc oyunçu Boyan Krkiç şansını Hollandiyada yoxlayacaq.
İdman24.az xəbər verir ki, "Barselona" gələn mövsüm Krkiçin "Eredivisie" klubu olan "Ayax"da forma geyəcəyini bəyan edib. "Ayax"ın baş məşqçisi Frank de Bur verdiyi açıqlamada Krkçin mükəmməl oyunçu olduğunu söyləmişdi.
Qeyd edək ki, "Barsa"da yetişmiş oyunçu son 2 mövsümdə İtaliya təmsilçiləri "Roma" və "Milan"da forma geymiş, amma ümidləri doğrultmamışdı.
İdman24.az