"Qəbələ" daha bir futbolçu transfer etmək istəyir. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" “Dnepr"in üzvü Papa Quyeyə elçi düşüb.
Bu barədə Ukraynanın sportanalytic.com saytı məlumat yayıb. Məlumatda bildirilir ki, baş məşqçi Roman Qriqorçuk müdafiə xəttini gücləndirmək üçün bu futbolçunun transferini istəyib.
Papa Quyenin çıxış etdiyi "Dnepr" maliyyə böhranından əziyyət çəkir. Hətta klubun fəaliyyətini dayandırması da gündəmdədi. Əksər futbolçular kimi seneqallı müdafiəçi də uzun müddətdi maaş ala bilmir. Bu səbəbdən komandanı tərk etmək istəyir.
Qeyd edək ki, "Dnepr" Papa Quyeni 2015-ci ilin yanvarında "Metallist"dən transfer edib. O, bu komandanın heyətində keçirdiyi 1,5 mövsümdə 45 rəsmi oyuna çıxıb. Əvvəllər Seneqalın "Douanes" və "Voln" klublarında çıxış etmiş 32 yaşlı mərkəz müdafiəçisi ölkəsinin millisinə də dəvət alıb. 2012-ci ildə olimpiya yığmasına çağırılan Papa Quye 2012-2014-cü illərdə A millidə 5 oyun keçirib.
Fanat.az