Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq Ağdamın "Qarabağ" klubu oyunun təxirə salınması ilə bağlı hələ ki, PFL-ə müraciət etməyib. Bu barədə Fanat.az-a qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Avqustun 7-də Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Avstriyada "Zalsburq"un qonağı olacaq Azərbaycan çempionu bundan 1 gün sonra Vətənə qayıdacaq. Qurban Qurbanovun yetirmələrinə ağır səfər görüşündən sonra bərpa olunmaq üçün azı 3 gün vaxt lazımdı.
Görünür təcrübəli mütəxəssis əsas heyət oyunçularının bir neçəsinə istirahət verməklə, vəziyyətdən çıxmağı düşünür. Lakin nəzərə almaq lazımdı ki, ağdamlıların "Sumqayıt"la oyununa hələ 9 gün var və çempion bir neçə gün sonra belə müraciətlə çıxış edə bilər.
Fanat.az