I divizionda mübarizə aparan “Turan-T”nin yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Tovuz klubunu Badri Kvaratsxeliya çalışdıracaq.
49 yaşlı mütəxəssislə artıq müqavioə imzalanıb. O, bu gün yeni komandasını ilk məşqinə də çıxarıb.
Qeyd edək ki, Kvaratsxeliya 1997-1998-ci illərdə “Kəpəz”in, 1998-2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə o, 2008-2009-cu illərdə Bakı “Standard”ını çalışdırıdıb, 2012-2013-cü illərdə isə “Qəbələ”də məşqçi işləyib.
Fanat.az