Avqustun 9-da Topaz Premyer Liqasında 2014/15 mövsümünə start veriləcək. Fanat.az xəbər verir ki, ilk turun iki oyunu canlı yayımlanacaq.
Hər iki matçı "İdman Azərbaycan" kanalı efirə verəcək. Kanal avqustun 9-da AZAL - "Xəzər Lənkəran", bir gün sonra "İnter" - "Qəbələ" oyunlarını canlı yayımlayacaq. Hər iki matç saat 20.00-da start götürəcək.
Fanat.az