Xəbər verdiyimiz kimi Peşəkar Futbol Liqasının rəsmi saytı haker hücumuna məruz qalıb. "Hacked by Monte Melkonian Cyber Army" adlı qurupu saytı dağıdaraq bir gün əvvəl cəbhə xəttində öldürülən iki erməni əsgərinin şəkillərini yerləşdirib.
Fanat.az xəbər verir ki, pfl.az saytı hazırda fəaliyyət göstərmir. Haker qrupunun yerləşdirdiyi şəkillər və mesaj çıxarılsa da, sayt açılmır.
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Fanat.az-a açıqlamasında bildirib ki, saytın fəaliyyətini özləri dayandırıb: "Saytı bərpa eləmək problem deyil. Sadəcə özümüz bağlamışıq. Saytımıza baxan şirkətin nümayəndələrini gözləyirik. Qoy gəlib hesabat versinlər. Hücumun davam edib-etmədiyini bilmirik. Şirkətin nümayəndələri gələndən sonra biləcəyik. Sayt bu gün bərpa olunmalıdı".
Fanat.az