Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax postunu tərk etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
İstefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən wüvvəyə minəcək. Həmin tarixdə Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verəcək.
71 yaşlı rəhbər 1991-ci ildən BOK-un üzvlüyünə seçilib.
Qeyd edək ki, Komitədə prezident seçkiləri martın 20-də baş tutacaq.