"Qəbələ"dən ayrıldıqdan sonra “Mordoviya”ya keçən Lorenso Ebesilionun Rusiya çempionatındakı debütü uğursuz olub. Fanat.az xəbər verir ki, səfərdə “Ural”la qarşılaşmada futbolçu ciddi zədə alıb.
Futbolçunun sol ayağında qırılma aşkarlanıb. Moskvaya yola salınan oyunçunun yaşıl meydançalar nə vaxt dönəcəyi bəlli deyil. Amma ilkin ehtimala görə, bunun üçün xeyli zamana ehtiyac var.
Fanat.az