UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Skenderbeu" matçının baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Bakcell Arena"da baş tutacaq ilk oyunu kiprli referi Leontios Trattu idarə edəcək.
Qeyd edək ki, "Neftçi" - "Skenderbeu" oyunu iyulun 17-də, saat 21:00-da başlayacaq.
Maraq üçün onu da vurğulayaq ki, Trattu azərbaycanlı futbolsevərlər üçün tanış hakimdi. Belə ki, o, 2007-ci ildə İntertoto Kubokunda “Bakı” ilə Moldova “Dacia”sının oyununu idarə edib. Cəmi bir neçə ay sonra bu hakim İtaliya və Azəraycanın gənclərdən ibarət yığmalarının görüşündə fit çalıb. Trattu həmçinin AÇ-2008-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Polşa görüşündə də dördüncü hakim funksiyasını yerinə yetirib.
İdman24.az