Türkiyədə çıxış etmək istəyi baş tutmayan Kamal Bayramovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, qolkiper karyerasını "Araz Naxçıvan"da davam etdirəcək.
Artıq Kamal Muxtar Respublika təmsilçisinin düşərgəsindədi. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Kamal "Giresunspor"la 1 illik müqavilə imzalamışdı. Lakin "Rəvan"la problemini həll edə bilmədiyindən türk klubu ilə yollarını ayırmalı olmuşdu.
Fanat.az