Futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio da Silva "Araz" klubundakı fəaliyyətini davam etdirəcək. Fanat.az xəbər verir ki, braziliyalı mütəxəssisin qarşısına milli komanda üçün gənc və perspektivli futzalçıların yetişdirilməsi məqsədi qoyulub.
Qeyd edək ki, sentyabrda start götürəcək ölkə çempionatına hazırlığı Naxçıvan klubu avqustun ortalarından başlayacaq.
Fanat.az