"Qəbələ"nin sabiq üzvü Deyan Kelharın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, sloveniyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
Belə ki, Kelhar “Şeffild Uensdey” klubuna keçib. 30 yaşlı müdafiəçi yeni klubu ilə 6 aylıq müqavilə bağlayıb. “Şeffild Uensdey”in sahibi azərbaycanlı iş adamı Hafiz Məmmədovdu.
Qeyd edək ki, Kelhar 2012-2013-cü illərdə "Qəbələ"də 38 oyunda 2 qol vurub. O, bu ilin yanvarında keçdiyi Serbiyanın "Srvena Zvezda" klubunun heyətində 15 oyuna çıxıb və 1350 dəqiqə forma geyinib.
Fanat.az