Fransanın İdman Arbitraj Məhkəməsi “Lens” klubunu sevindirən qərar qəbul edib. Azerisport.az xəbər verir ki, sözügedən klubun Liqa 3-ə düşürülməsinə dair apelyasiya şikayəti müsbət cavablanıb.
Fransa İdman Arbitraj Məhkəməsi klubun maliyyə durumunun azərbaycanlı biznesmen Hafiz Məmmədovun “Lens”ə sponsorluq etməsi barədə müqavilə imzalanmasından sonra düzəldiyini nəzərə alaraq, komandanın yenidən Liqa 2-də çıxış etməsinin vacib olduğunu bəyan edib.
Tezliklə Fransa Futbol Federasiyasının qərarını dəyişməsi gözlənilir. Qeyd edək ki, “Lens”in maliyyə problemləri olması bu klubun Liqa 2-dən kənarlaşdırılması ilə nəticələnmişdi.
İdman24.az