Rusiyanın Samara şəhərindəki futbol qarşılaşmasında faciəvi hadisə baş verib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, gənclərin qatıldığı hazırlıq matçında qapı dirəyi 12 yaşlı uşağın başına düşüb. Nəticədə ağır kəllə-beyin tramvası alan yeniyetmə futbolçu stadiondaca dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə bağlı Samara polisi araşdırma aparır.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol