Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, I turun ilk oyun günündə bir matç baş tutub. Əslində bu gün iki oyun keçirilməli idi. Lakin "Bakı" - "Simurq" oyunu son anda təxirə salınıb.
Günün yeganə oyununda AZAL-la "Xəzər Lənkəran" qarşılaşıb. Hesabı 35-ci "Xəzər Lənkəran"ın "Bakı"dan transfer etdiyi Rauf Əliyev açıb. 74-cü dəqiqədə AZAL-ın yeni transferi Tomi Kostadinov fərqlənib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, I turun 3 oyunu sabah keçiriləcək. "Araz Naxçıvan" "Neftçi"ni, "İnter" "Qəbələ"ni, "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, I tur
9 avqust
AZAL - Xəzər Lənkəran 1:1
Qollar: Tomi Kostadinov, 74 - Rauf Əliyev, 35.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 6. Eduardo Makiel, 7. Təmkin Xəlilzadə (27. Rəşad Abdullayev, 70), 10. Tomi Kostadinov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov (k), 14. Asif Mirili (5. Kərim Diniyev, 62), 15. Oskar Klava, 17. Viktor İbekoyi (3. Xuan Fransisko, 68), 22. Eltun Yaqublu.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 9. Aydın Qasımov, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (12. Junior Nildo, 89), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko (28. Fernando Qabriel, 78), 99. Deyan Blajevski (7. Etame Mbilla, 72).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 29 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 32 (qeyri-idman hərəkəti); 59 (qeyri-idman hərəkəti). Tomi Kostadinov, 90+2 (qeyri-idman hərəkəti) - Alfred Sanko, 72 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 59.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
"AZAL Arena". 500 tamaşaçı.
Fanat.az