“Xəzər Lənkəran”ın sabiq hücumçusu Allan Lalin özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Kipr çempionatında çıxış edəcək.
Vaxtilə ölkəmizdə top qovmuş honduraslı forvard “Nea Salamis” klubu ilə anlaşıb.
Qeyd edək ki, Lalin 2009-2011-ci illər aralığında “Xəzər Lənkəran”ın formasını geyinib. O, bu komandada 43 oyuna 11 qol vurub. Daha sonra isə Honduras millisinin ölkəsinin “Real Espana” və Yunanıstanın “Niki Volou” klublarında çıxış edib.
İdman24.az