Maliyyə böhranından çıxa bilməyən "Bakı" Premyer Liqadan kənarlaşdırılır. Fanat.az-ın əldə etdiyi məlumata görə, artıq paytaxtın eyniadlı təmsilçisini güclülər dəstəsində əvəz edəcək komanda müəyyənləşib.
Əldə etdiyimiz məlumata görə, "Bakı"nı Premyer Liqada "Rəvan" əvəzləyəcək. Dünən AFFA-nın klub rəhbərliyinə elitada çıxış etmək üçün komanda yığmaq tapşırılıb. "Rəvan" rəhbərliyi artıq bu yöndə fəaliyyətə başlayıb.
PFL "Bakı"ya sənədlərini düzəltmək üçün avqustun 15-dək vaxt verib. Amma bu müddət də işlərin yoluna qoyulması gözlənilmir. Məlumatı verən mənbə bildirir ki, "Rəvan" III turdan sonra mübarizəyə başlayacaq.
Fanat.az