İyunun 19-da Azərbaycanı tərk edən “Xəzər Lənkəran”ın bu gün vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, əvvəlcə Almaniya, daha sonra Maltada toplanış keçən cənublular artıq Lənkərandadır.
Con Toşakın yetirmələri bu gün saat 19:00-da Lənkəran Şəhər Stadionunda məşqə çıxacaqlar. Komanda Malta “Sliema”sı ilə ev oyununa hazırlaşır.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb.
İdman24.az