"Təəssüf ki, məğlubiyyətlə üzləşdik". Fanat.az xəbər verir ki, bu sözləri "Araz Naxçıvan"la oyundan (0:3) sonra "Neftçi"nin məşqçisi Nazim Əliyev deyib.
"Neftçi" "Araz Naxçıvan"la oyuna gənc və təcrübəsiz futbolçularla çıxıb. Hətta baş məşqçi Böyükağa Hacıyev də Bakıda qalıb. Komandanı meydana məşqçi Nazim Əliyev çıxarıb.
Əliyev oyundan sonrakı açıqlamasında gənclərə şans verdiklərini bildirib: "Bu gün gənc futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi. Avroliqada oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı. “Araz Naxçıvan”ı qələbə münasibəti ilə təbrik edirəm".
Fanat.az