"0:3 hesabı ilə məğlub olsaq da, komandadan razı qaldım. Çox maraqlı oyun oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan (0:3) sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib.
Məmmədov "Qarabağ"la "Neftçi"yə uğurlar arzu edib: "Arzu edirik ki, həm “Qarabağ”, həm də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdi".
Fanat.az