"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kobud səhvə yol verib. Fanat.az xəbər verir ki, baş məşqçi "Sumqayıt"la oyunda legioner limitini pozub.
Belə ki, "Qarabağ"ın start heyətində 6 legioner - İbrahim Şehiç, Reynaldo Silva, Muarem Muarem, Admir Teli, Ansi Aqolli və Çumbinyo yer alıb. Qurbanov 59-cu dəqiqədə Namiq Yusifovun yerinə Riçard Almeydanı meydana buraxaraq limiti pozub. Görünür, iki dəqiqə sonra səhvini başa düşən baş məşqçi Muaremi Namiq Ələsgərovla əvəzləyib. Buna baxmayaraq limit pozulub və "Qarabağ"ı texniki məğlubiyyət gözləyir.
Fanat.az