"Qarabağ"ın baş məşqçisi Qurbanov Qurbanov legioner limitinin pozulması ilə nəticələnəin səhvdən danışıb. Fanat.az xəbər verir ki, çalışdırıcı veriləcək cəzanı anlayışla qarşılayacaqlarını bildirib:
Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm".
Fanat.az