Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, ilk turun 4 oyununda 14 legioner Azərbaycan çempionatında debüt edib.
Ən çox "Qəbələ"nin heyətində yeni futbolçu meydana çıxıb - 6. AZAL və "Xəzər Lənkəran"da 3, "Sumqayıt" və "İnter"də bir legioner debüt edib.
Yenilər 10 müxtəlif ölkəni təmsil edir. Rumıniyanın 3, Brazilyia və Bolqarıstanın 2, Slovakiya, Nigeriya, Portuqaliya, Honduras, Sierra Leone, Gürcüstan və Rusiyanın 1 təmsilçisi Presyer Liqada ilk oyununa çıxıb.
Qəbələ
Andrey Kristea (Rumıniya)
Aleksandr Benqa (Rumıniya)
Adrian Ropotan (Rumıniya)
Pavol Farkas (Slovakiya)
Ekiqo Ehiosun (Nigeriya)
Yazalde Pinto (Portuqaliya)
AZAL
Eduardo Makiel (Braziliya)
Tomi Kostadinov (Bolqarıstan)
Luis Ramos (Honduras)
Xəzər Lənkəran
Qalin İvanov (Bolqarıstan)
Alfred Sanko (Sierra Leone)
Fernando Qabriel (Braziliya)
İnter
Aleksandr Amisulaşvili (Gürcüstan)
Sumqayıt
Təvəkkül Məmmədov (Rusiya)
Fanat.az